Bakıda yaşlı kişinin çürümüş meyiti tapıldı

Bakıda yaşlı kişinin çürümüş meyiti tapıldı<span class="qirmizi"></span>

Bakıda evdən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. 68 yaşlı Haqverdiyev Oqtay Ələkbər oğlu yaşadığı evdə qəflətən ölüb. Onun evdə yıxılaraq öldüyü bildirilir.

İlkin məlumata görə, meyit 3 gün evdə qaldığı üçün çürümə prosesi gedib.

Hazırda faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: lent.az