Mayami-İstanbul reysini yerinə yetirən Türkiyə Hava Yollarına məxsus sərnişin təyyarəsi Kanadadakı “Saint John” hava limanına təcili eniş edib.
Axar.az xəbər verir ki, buna səbəb təyyarədə 80 yaşlı pakistanlı sərnişinin vəziyyətinin pisləşməsi olub.
Təyyarə problemsiz eniş edib və sərnişin təcili yardımla xəstəxanaya aparılıb.