Donetskə raket atıldı

Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərinə raket zərbəsi endirilib. AzVision.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko məlumat yayıb. Qeyd edilir ki, raket hücumu nəticəsində 9 yaşlı uşaq ağır yaralanıb, azı bir nəfər ölüb.

- Ağır yaralanmış 9 yaşlı uşaq və bir cəsəd Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri tərəfindən beşmərtəbəli binanın dağıntıları altından çıxarılıb. Rusiyanın atdığı raket beş mərtəbəli binaya ciddi ziyan vurub"., - məlumatda deyilir.

Onun sözlərinə görə, xilasedicilər dağıntıların altında axtarışları davam etdirirlər. Dağıntılar altında insanların ola biləcəyi istisna edilmir.

Tural Tağıyev
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanı tərk edən dünya şirkətlərinin sayı artmaqda davam edir

SONRAKI XƏBƏR

Bayden Ağ Evdə İsveç və Finlandiya liderlərini qəbul EDƏCƏK