Latviyada Rusiyaya casusluq edən biznesmenə 5 il iş kəsdilər

Latviyada Rusiyaya casusluq edən biznesmenə  5 il iş kəsdilər<span class="qirmizi"></span>

Riqanın Vidzeme şəhər məhkəməsi iş adamı Valentin Frolovu Rusiyaya casusluqda ittiham edərək 5 il müddətinə azadlıqdan məhrum edib. AzVision.az xəbər verir ki, bu barədə LETA agentliyi məlumat yayıb. Agentlik xəbər verir ki, qapalı keçirilən məhkəmə iclasında Frolov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin qanunsuz məlumat toplama və birbaşa xarici kəşfiyyata ötürmə maddəsi ilə ittiham olunub. Məhkəmə administrasiyası LETA-ya bildirib ki, müttəhim kəşfiyyat tapşırığı ilə bağlı məlumat toplayıb.

Məqalədə qeyd edilir ki, hələ mayın 8-də yerli media Riqa ətrafında yaşayan və 1980-ci illərdə sovet ordusunda xidmət etmiş tikinti biznesmeni Frolovun uzun müddət Rusiyaya casusluq etdiyini yazmışdı. Frolov barəsində hələ ötən il həbs qətimkan tədbiri seçilmişdi. Lakin bu yaxınlarda o, 30 min avro girov müqabilində cinayət məsuliyyətindən azad edilmişdi.


Tural Tağıyev

 

 

Mənbə: azvision.az