AA seriyalı maşınla qəza törədib ölən şəxs KİMDİR?

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən axşam rayonun Qarayusifli kəndində baş verən qəzada sahibkar Cəlil Hacıyev dünyasını dəyişib.

Belə ki, o, 09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs fermerdir və dəvə təsərrüfatı ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

Bərdədə ölümlə nəticələnən yol qəzası olub (FOTO)

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Orxan Məmmədov: “Qadınların sahibkarlıq sahəsində inkişafına dəstək vermək bizim üçün önəmlidir”

SONRAKI XƏBƏR

İrəvanda aksiyalar davam edir: Polis etiraçıları saxlayır