Kiyevin yeni taktikası: "Javelin" və snayperli əməliyyat - VİDEO

Ukrayna mediası Rusiya ordusuna qarşı həyata keçirilən növbəti uğurlu əməliyyat barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar silahlı qüvvələrin 95-ci Hücum Briqadasının rus hərbi kolonunu pusquya salaraq məhv etdiyini yazırlar. Qeyd edilir ki, əməliyyatla bağlı yayılan videoda əsgərlərin peşəkarlıqla tankı məhv etməsi əks olunub.

 Rusiya silah anbarının vurulma anı - VİDEO "Javelin"in köməyi ilə Rusiya tankını yandıran qəhrəman hərbçilərimiz partlayışdan sonra işğalçılara növbəti şoku yaşatmağa çalışıblar. Onlar tankdan salamat çıxa biləcək ruslar üçün də surpriz hazırlayıblar. Videogörüntülərdən aşkar görünür ki, "Javelin" atıcısının yanında snayper qrupu öz "şikarını" gözləyir. Əvvəllər isə "Javelin" atıcıları snayperlərsiz fəaliyyət göstərirdilər", - hərbi saytlar yazıb.

Qeyd edək ki, Ukrayna müharibəsində Rusiya tanklarının ən çox əziyyət çəkdiyi silah "Javelin"lər olur. Gizlənən əsgərlər rahat daşına bilən bu raketlərlə tankları uzaq məsafədən rahat şəkildə məhv edə bilirlər.

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

KİV: ABŞ Venesuelaya qarşı iqtisadi sanksiyaları yumşaltmaq niyyətindədir

SONRAKI XƏBƏR

Conni Amberin üzünə niyə baxmır?