Polisi yumruqlayan Ermənistanın sabiq BQ rəisinin oğlu həbs edilib

Ermənistan İstintaq komitəsinin İrəvan şəhər istintaq idarəsinin ağır cinayətlərin araşdırılması şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 316-cı maddəsinin 1-ci hissəsi ilə açılmış cinayət işi çərçivəsində siyasi müxalifətin mitinqlərinin iştirakçıları tərəfindən polis əməkdaşına qarşı zorakılıq tətbiq edilməsi hadisəsinin detallarını aydınlaşdırmaq istiqamətində istintaq və başqa prosessual fəaliyyətlər həyata keçirilir. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ilkin məlumatlara görə, 2022-ci il mayın 17-də saat 08:30 radələrində siyasi müxalifətin təşkil etdiyi təşəbbüsün bir qrup iştirakçısı Kiyev küçəsi 15 ünvanının yaxınlığında yolu bağlayıb, digər vətəndaşların sərbəst hərəkətinə mane olub.

“Sözügedən yerdə ictimai asayişin mühafizəsini həyata keçirən Ermənistan polisinin əməkdaşları onları yoldan çıxarmağa çalışaraq yolu açmağa çağırıblar, nəticədə iştirakçılardan ikisi əlləri ilə polisin sinəsinə vurub və polis huşunu itirib. Həyata keçirilən zəruri tədbirlər nəticəsində polis əməkdaşına qarşı zor tətbiq edən şəxslərdən birinin vətəndaş İqor Yuri Xaçaturov olduğu müəyyən edilib. Bu şəxs dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinərək həbs edilib. Cinayət işinin ibtidai istintaqı davam etdirilir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, İqor Xaçaturov KTMT-nin keçmiş baş katibi, Ermənistan Sİlahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, erməni general-polkovnik Yuri Xaçaturovun oğludur.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya 34 fransız diplomatını ölkədən çıxarır

SONRAKI XƏBƏR

Litva Prezidenti Şəhidlər xiyabanını ziyarət edib