Bu il 7051 insanı heyvan dişləyib

Bu il 7051 insanı heyvan dişləyib<span class="qirmizi"></span>

"2022-ci ilin 3 ayında Azərbaycanda 7051 heyvan dişləməsi hadisəsi qeydə alınıb. Dişləmə hadisələrinin 6000-ə yaxını itlər tərəfindən olub" AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Ceyran Səfərova deyib. Onun sözlərinə görə, dişləmələrinin 3795-i məlum itlər tərəfindən olub:

"Bu dövrdə 672 nəfəri pişik, 99 nəfəri siçovul, 116 nəfəri isə digər heyvanlar dişləyib".

C.Səfərova qeyd edib ki, heyvan dişləmələrinə ən çox uşaqlar məruz qalır:
"İtlər tərəfindən dişləmə hadisəsi əsasən 18-dən yuxarı kişilər arasında daha çox müşahidə olunur".

Şöbə müdiri qeyd edib ki, bu il vəhşi heyvanlar tərəfindən dişləmə və quduzluqdan ölüm halı qeydə alınmayıb.

Qeyd edək ki, keçən il 7361 heyvan dişləməsi hadisə olub.
 

Mənbə: azvision.az