Ata 2 yaşlı körpəsini döyərək öldürdü

Ankaranın Altındağ rayonunda ailə faciəsi baş verib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Onur G. adlı şəxs 2 yaş 5 aylıq oğlunu döyərək öldürüb. Belə ki, həbsdən yeni çıxan Onur ağlayan oğlunu susdurmaq üçün döyüb. Səhəri gün isə ata oğlunun nəfəs almadığını görüb. O, körpəsini xəstəxanaya apararaq həkimlərə eyvandan yıxılaraq xəsarət aldığını deyib. Həkimlər körpənin çoxdan öldüyünü bildiriblər.

Çox keçməyib ki, körpənin ölüm səbəbi məlum olub. Oğlunun ölümündə təqsirli bilinən ata saxlanılıb.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

İrəvanda polisə kəlla atan mitinq iştirakçısı axtarışa verildi

SONRAKI XƏBƏR

""Azovstal" zavodunda 959 ukraynalı əsgər təslim olub" - Rusiya MN