Melitopolda rusların zirehli qatarı partladıldı

Melitopolda rusların zirehli qatarı partladıldı<span class="qirmizi"></span>

Rusiyanın işğal etdiyi Melitopol şəhərində bu səhər güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, əvvəlcə rus işğalçı qüvvələrinin komendaturasının yaxınlığında qumbara partlayışı baş verdiyi bildirilib. Daha sonra qeyd olunub ki, Rusiyaya məxsus zirehli qatar partladılıb.

Məlumata görə, hadisə baş verməzdən 1 saat əvvəl hansısa yüksək çinli zabitin gəlişi ilə bağlı ərazi mühasirəyə alınıb.

“Ola bilsin ki, şəhərin ərazisində növbəti dəfə Ukrayna diversiya qrupu işləyib”, - məlumatda qeyd olunub.

Partlayış zamanı ölən və yaralananların sayı dəqiqləşdirilir.

Mənbə: axar.az