Hindistanda fabrik divarının çökməsi nəticəsində 12 nəfər ölüb

Hindistanda fabrik divarının çökməsi nəticəsində 12 nəfər ölüb<span class="qirmizi"></span>

 

Pekin, 18 may, AZƏRTAC

Hindistanın Qucarat ştatında duz fabrikində divarın çökməsi nəticəsində ən azı 12 nəfər, o cümlədən 4 qadın və 3 uşaq ölüb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bədbəxt hadisə Morbi rayonundakı Halvad sənaye zonasında günorta vaxtı baş verib. Hadisə yerinə gələn yardım qüvvələri 12 nəfərin meyitini dağıntı altından çıxarıblar. Bir nəfərin xəsarət aldığı bildirilir. Hazırda axtarış işləri davam edir. Ehtimal olunur ki, hələ də dağıntı altında qalanlar var.

Baş nazir Narendra Modi ölənlərin ailələrinə başsağlığı verib. Onun qərarı ilə ölənlərin ailələrinə və yaralılara maddi yardım ediləcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az