Ermənistanda aeroportun partladılacağı ilə bağlı məlumat yayıldı

Ermənistanda aeroportun partladılacağı ilə bağlı xəbər yayılıb. Yerli media yazır ki, bu dəqiqələrdə Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə "Zvartnots" Beynəlxalq Hava Limanının ərazisinin minalanması barədə məlumat daxil olub. Nazirliyin mətbuat katibi Hayk Kostanyanın sözlərinə görə dərhal əraziyə xüsusi qrup göndərilib.

- Saat 15:05-də "Zvartnots" hava limanına hava limanının ərazisinin minalanması ilə bağlı elektron poçta mesaj göndərilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu, mühəndis briqadaları, kinoloq və psixoloqları hadisə yerində işləyirlər, - FHN rəsmisi deyib.

Tural Tağıyev

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Yeni cərimələr - 500 manatdan-2000 manatadək...

SONRAKI XƏBƏR

Kremldən danışıqlar prosesinə zərbə - “Bundan sonra razılaşmaq mümkün olmayacaq”