Türkiyədə Gürcüstan vətəndaşlarının olduğu mirkoavtobus qəzaya düşüb, ölən və yaralananlar var

Türkiyədə Gürcüstan vətəndaşlarının olduğu mirkoavtobus qəzaya düşüb, ölən və yaralananlar var<span class="qirmizi"></span>

Gürcüstan vətəndaşlarının olduğu avtobus Türkiyədə qəzaya düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Acarıstan Muxtar Respublikasının hökuməti məlumat yayıb.

Bildirilib ki, Trabzon şəhəri yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hökumət başçısı Tornike Rijvadzenin göstərişinə əsasən Acarıstanın səhiyyə naziri Nino Nijaradaze Türkiyəyə hadisə yerinə yola düşüb.

Mənbə: report.az