Ağsuda 39 yaşlı kişi intihar edib

Ağsuda 39 yaşlı kişi intihar edib<span class="qirmizi"></span>

Ağsuda intihar hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Padar kəndi yaxınlığında qeydə alınıb.

Ağsu sakini, 39 yaşlı Yusifov Rüfət İsmət oğlu özünü asaraq intihar edib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: report.az