Yanacaqdoldurma məntəqəsində yük maşınları toqquşdu

Yanacaqdoldurma məntəqəsində yük maşınları toqquşdu<span class="qirmizi"></span>

Bərdə rayonunda (Bərdə - Yevlax avtomobil yolunun 5-ci kilometrliyi) yanacaqdoldurma məntəqəsinin ərazisində "KamAz" və "HOWO" markalı iki yük avtomobili toqquşub.

Milli.Az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "HOWO" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mənbə: news.milli.az