Bakı metrosunda daha bir problem - Sərnişinlər düşürüldü

“Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb.

Bu barədə “Qafqazinfo”ya Bakı metropolitenindən bildirilib.

“Köməkçi qatar təyin edilib. Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər iki qatardan sərnişinlər düşürülüb.

Qatar hazırda xətdən çıxarılır. Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var”, - məlumatda deyilir.

Qeyd edək ki, metroda axşam saatlarında da nasazlıq yaranmışdı.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı haqlı narahatlıqlarımız var” - Çavuşoğlu

SONRAKI XƏBƏR

Yanacaqdoldurma məntəqəsində yük maşınları toqquşdu