26-cı mərtəbədən yıxılan qadın sağ qaldı

26-cı mərtəbədən yıxılan qadın sağ qaldı<span class="qirmizi"></span>

Tailandda qadın 26-cı mərtəbədən yıxılsa da sağ qalıb. Hadisə nəticəsində onun ayaqları sınıb.

Qadının əcnəbi olan sevgilisi ilə mübahisə etdikdən sonra eyvandan atıldığı iddia edilib.

Xilasedicilər hadisə yerinə 15 dəqiqə ərzində gəliblər, lakin onlar zərərçəkənə daha çox ziyan vurmaqdan qorxaraq yalnız iki saatdan sonra yardım göstərməyə başlayıblar.

Qadını müayinə edən həkimlər onun ölümcül xəsarət almadığını görəndə təəccübləniblər. Xanımın yalnız ayaqları sınıb və huşunu itirib.

Mənbə: gazeta.ru

Mənbə: www.oxu.az