Rusiyanın bombalarından xilas olub, başqa təhlükə ilə üzləşdi...

Rusiyanın bombalarından xilas olub, başqa təhlükə ilə üzləşdi...<span class="qirmizi"></span>

Rusiyanın bombalarından xilas olub, başqa təhlükə ilə üzləşdi...

"Həyatında bu qədər ağır sınaqlara məruz qalan qadın, nəhayət, rahat nəfəs alıb, yenicə doğulan körpəsini bağrına basa biləcək"

Həkimlərin fədakarlığı nəticəsində üç uşaq anası və bətnində körpəsi olan ukraynalı qadın ölümdən dönüb

Qadın üç övladını xilas etmək üçün Xersondakı bombardmanlardan qaçmalı olub. Yalnız bir aydan sonra o, könüllü həkimlərə rast gəlib

Ukraynada atəşlərə məruz qalan şəhərlərdən insanların daha təhlükəsiz yerə köçürülməsi səngimək bilmir.

Moderator.az xəbər verir ki, bu barədə "Ynet" saytı yazıb.

Qaçqınlar evlərini tələm- tələsik tərk edir, bəziləri bir- iki əşya götürüb tamamilə naməlum olan uzun yola çıxır.

Bir çoxlarının tibbi yardıma, dərmanlara, müalicəyə ehtiyacı var.

30 yaşlı üç uşaq anası, hamiləliyinin 41- ci həftəsində olan Nataşa Meniloks belə vəziyyətlə üzləşib.

Nataşa Polşanın Pşemısl şəhərindəki qaçqınlar düşərgəsinə gedib çıxa bilib, orada İsrailin "Xadassa" xəstəxanasının tibb işçilərinin kollektivi çalışır.

"Bu qadın- pasient Xersondakı evini üç uşağı ilə tərk etməli olub", - Qüdsün "Xadassa Eyn- Kərəm" xəstəxanasının fəsadlaşmış hamiləlik şöbəsinin müdiri, ginekoloq, hazırda qaçqınlar düşərgəsində işləyən doktor Doron Kabiri deyib.

Nataşa həkimlərə onun evinin yaxınlığında kütləvi atəşlərdən və bu səbəbdən də hər şeyini ataraq qaçmağa məcbur olduğunu danışıb. Uşaqların atasına hərbi dövrün qanunlarına uyğun olaraq Ukraynanın hüdudlarını tərk etməyə icazə verilməyib. Buna görə də hamilə olan Nataşa və onun uşaqları bir yerdən başqa yerə tibbi yardımsız və hamiləliyə nəzarət olmadan yerini dəyişməyə məcbur olub.

"Hamiləliyin bu mərhələsində uzun yollar qət edən qadın son dərəcə yorğun, ətrafında olan insanlardan və tibbi yardımdan məhrum olub, getdikcə özünü daha da pis hiss etməyə başlayıb.

Qadın bizə müraciət edəndə əldən düşmüş vəziyyətdə olub, özünü çox pis hiss edib, mənim ixtisasımı öyrənəndə isə çox sevinib", - doktor deyib.

Ananın müayinəsindən və dölün vəziyyəti dəyərləndirildikdən sonra, həmçinin analizlər və USM müayinəsindən sonra müəyyən edilib ki, Nataşa ağır toksikozdan əziyyət çəkir.

Doktor Kabiri vurğulayıb ki, söhbət çox təhlükəli vəziyyətdən gedib, həm ananın, həm də dölün həyatı təhlükədə olub.

"Biz gördük ki, Nataşanın təzyiqi yüksəkdir və getdikcə artır. Toksikozun əlamətlərindən biri qan damarlarında gərginliyin artmasıdır, bu da bir tərəfdən təzyiqi artırır, digər tərəfdən isə qanın daxili orqanlara, ciftə və dölün özünə verilməsini azaldır. Beləliklə, dölün inkişafında problemlər yaranır.

Bundan başqa, belə güclü toksikozda eklampsiya yarana bilər, bu da təzyiqin yüksəlməsi, qıcolmalar və şüurun itməsinə gətirib çıxarır. Belə vəziyyətdə qadın, sadəcə, tibbi yardımsız qala bilməz", - doktor izah edib.

Nataşa ona qoyulan diaqnozdan qorxu keçirib: atəşlərə məruz qalan şəhərdə təhlükədən xilas olan qadın başqa bir təhlükə ilə üzləşməli olub.

Klinikanın əməkdaşları qaçqınlar düşərgəsində qadını sakitləşdirib və izah ediblər ki, təcili doğuş üçün xəstəxanaya yerləşdirilməlidir. Həkimlər Nataşanı Polşanın xəstəxanasına aparacaq, onu bir an da tənha buraxmayacaqlarını vəd edib.

Onlar sözlərinə sadiq qalıb və Nataşanın doğuşu uğurla başa çatıb.

"Artıq iki aydır ki, İsrail həkimləri və tibb işçiləri çoxsaylı xəstələrə yardım edir, həm peşə baxımından, həm də psixoloji cəhətdən dəstək olur. Amma Nataşanın nümunəsi həyatın xilas edilməsinin gerçək tarixçəsidir.

Toksikozun bu mərhələsində vaxtında qoyulan diaqnoz onun və körpənin həyatını xilas etməyə imkan verib.

Həyatında bu qədər sınaqlara məruz qalan qadın, nəhayət, rahat nəfəs almağa və yenicə doğulan körpəsini bağrına basmağa fürsət tapıb.

Mənbə: moderator.az