Astarada məktəbdə yanğın olub

Astarada məktəbdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən xəbərə görə, Astara rayonunun Kakalos kəndində ümumi sahəsi 200 m² olan və fəaliyyət göstərməyən birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Britaniya kəşfiyyatı “Azovstal”dakı son durumu açıqlayıb

SONRAKI XƏBƏR

Külək nə vaxt səngiyəcək? - AÇIQLAMA