Bakıda avtomobil 70 yaşlı qocanı vuraraq ağır xəsarət yetirib

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1952-ci il təvəllüdlü Nəcəfova Mirvari Hüseyn qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün və sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur fotojurnalist Reza Deqati Şuşadan foto paylaşıb

SONRAKI XƏBƏR

Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO