Tanınmış jurnalist Qadir İbrahimli vəfat edib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya jurnalist, onun yaxın dostu Niyaz Niftiyev məlumat verib.
O bildirib ki, Q.İbrahimlinin nəşi dəfn edilmək üçün doğulduğu Lənkəran şəhərinə aparılır.
Xatırladaq ki, jurnalist səhhətində yaranan problemlərlə əlaqədar bir neçə gün əvvəl Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi.
Allah rəhmət eləsin.