Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşdü

Bakıda 3 uşaq itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə mayın 17-i paytaxtın Sabunçu rayonu Q. Vəzirov küçəsində qeydə alınıb. 14 yaşlı Salmanova Ramilə Mahir qızı, onun bacıları, 10 yaşlı Şəkərnaz və 7 yaşlı Xədicə oynamaq məqsədilə evin qarşısına çıxaraq, bir daha geri qayıtmayıblar.

Bu barədə onların anası M.Salmanova Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər üçü tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı həmin bölmədə araşdırma aparılır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Buçada rusiyalı hərbçilərin cinayətlərinin yeni sübutları - FOTO/VİDEO

SONRAKI XƏBƏR

Azərbaycan bu il qızılın hər kiloqramında $27 min daha əlavə valyuta - ƏLDƏ EDİR