15 yaşlı oğlan anasını öldürdü, 3 nəfəri yaraladı - Atası da tutuldu

15 yaşlı oğul anasını öldürüb.

"Ölkə.Az" xəbər verir ki, hadisə Türkiyənin Əskişəhər şəhərində baş verib. Cinayəti törətməkdə şübhəli bilinən 15 yaşlı İ.A. anası Serap Borun yaşadığı iki mərtəbəli evə gəlib.

İkinci mərtəbəyə çıxaraq özü ilə gətirdiyi ov tüfəngi ilə hələlik bilinməyən səbəbdən anasına atəş açıb.

Daha sonra evin 1-ci mərtəbəsində düşərək həmin vaxt orada çörək bişirən 60 yaşlı Ayşe Altın, 61 yaşlı Döndü Çayır və 50 yaşlı Türkan Çimenə də eyni silahdan atəş açıb.

Silah səsini eşidən qonşular polisə xəbər veriblər.

Hadisə yerinə təcili tibbi yardım həkimləri gəlib. Məlum olub ki, açılan atəş nəticəsində anası Serap Bor elə hadisə yerində dünyasını dəyişib. Digər 3 yaralı qadın isə xəstəxanaya çatdırılıb.

Qətli törətməkdə şübhəli bilinən İ.A. və atası Erkan A. saxlanılaraq polis bölməsinə aparılıb.

Hadisənin səbəbləri araşdırılır.

Ölkə.Az

 

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Sertifikatlaşdırmanın müsahibə mərhələsində ballar necə hesablanır?

SONRAKI XƏBƏR

Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşdü