DİN institut direktorunun faciəli ölümü ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli ölümü ilə bağlı məlumat yayıb.

DİN-dən "Report"a verilən məlumata görə, mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S.Eyvazovun idarə etdiyi “VAZ-2121” və R.Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub, nəticədə S.Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurub.

T.Məmmədov hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Çavuşoğlu və xanım həmkarı arasında şok dialoq - Otaqda gərgin müzakirə

SONRAKI XƏBƏR

Türkiyədə bir neçə nazir vəzifədən kənarlaşdırılacaq