TƏBİB-dən jurnalistin vəfatı ilə bağlı AÇIQLAMA

TƏBİB-dən jurnalistin vəfatı ilə bağlı AÇIQLAMA<span class="qirmizi"></span>

TƏBİB jurnalist Qadir İbrahimlinin vəfatı ilə bağlı məlumat yayıb.

Ölkə.Az xəbər verir ki, onun bu gün səhər saat 09:30 radələrində dünyasını dəyişdiyi bildirilir.

Qeyd olunur ki, Q. İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə 18.05.2022-ci il tarixində M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: olke.az