Misir məşhur avtoriteti Rusiyaya verdi

Misir cinayət ierarxiyasında yüksək mövqe tutan gürcü qanuni oğru David Gerlianini Rusiyaya ekstradisiya edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Naziriyinin rəsmisi İrina Volk deyib.

Rusiya DİN-in məlumatına görə, Gerliani 2014-cü ildən kriminal lider sayılır. Gürcü avtoritetin yaratdığı cinayətkar qruplaşmanın sahibkarlardan haqq aldığı bildirilir.

2021-ci ilin aprelində Gerliani haqqında qiyabi hökm çıxarılıb. Bu ilin martında isə Misir polisi tərəfindən saxlanılıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda prezident iqamətgahının qarşısında aksiya keçirilir

SONRAKI XƏBƏR

Mask bu gün Braziliya prezidenti ilə görüşməyi planlaşdırır