Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı

Ruslar işğal etdikləri Enerqodar şəhərində yanğınsöndürmə briqadasının rəisi Vtirali Troyanı girov götürüblər.

Axar.az xəbər verir ki, bu barədə Enerqodar şəhərinin rəhbəri Dmitri Orlov məlumatb yayıb.

Onun sözlərinə görə, işğalçılar dünən gündüz saatlarında Troyanın ofisində axtarışlar aparıblar, daha sonra onu özləri ilə naməlum istiqamətə aparıblar.

Hazırda Enerqodarda yanğınsöndürmə briqadasının işiçiləri, şəhər əhalisi etiraz aksiyaları keçirirlər. Yanğınsöndürənlər aksiyaya xidməti maşınları ilə birlikdə çıxıblar.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya taxıl ixracına rüsumu bir qədər də azaldır

SONRAKI XƏBƏR

Bəhram Bağırzadə videosuna görə TƏNQİD EDİLDİ