Almaniyada tornado: 40 nəfər yaralandı

Almaniyada tornado: <span class="qirmizi">40 nəfər yaralandı</span>

Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında baş verən tornado nəticəsində azı 40 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə BİLD nəşri məlumat yayıb.

Bildirilib ki, cümə günü regionda dərhal bir neçə tornado müşahidə edilib.

Axşama doğru Lipştadt şəhərində baş verən tornado infrastruktura ciddi ziyan vurub.

Paderborn polisi isə təbiət hadisəsi zamanı 40 nəfərin xəsarət aldığını açıqlayıb. Əlavə məlumat verilmir.

Mənbə: axar.az