Bakıda 12 yaşlı oğlan bıçaqlanıb

Bakıda 12 yaşlı oğlan bıçaqlanıb<span class="qirmizi"></span>

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

2009-cu il təvəllüdlü Məmmədzadə Məmmədhüseyn İlham oğlu öz həmyaşıdı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, sol bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: apa.az