Şimali Koreyada koronavirusa yoluxanların sayı sürətlə artır

Ölkədə son 24 saatda 219 013 yoluxma faktı qeydə alınıb, 1 nəfərin həyatını itirib.

APA-nın xəbərinə görə, ümumilikdə yoluxma sayı 2 milyon 460 min nəfərə çatır. İnfeksiyadan ümumi tələfat sayı 66-ya yüksəlib. Ötən həftə yüz minlərlə insanın yüksək hərarətdən şikayət edərək həkimə müraciət etməsi ölkə boyu nəhayət pandemiya həyəcanı yaradıb. Koreya Mərkəzi teleqraf Agentliyi bu cür hallara baxmayaraq, ölkədə istehsal fəaliyyətlərinin davam etdiyini bildirib. Mütəxəssislər 25 milyondan çox əhalisi olan Şimali Koreyada tibbi avadanlıq və peyvənd çatışmazlığı səbəbindən böhranın yaranacağından narahatdır. Xəstəliyin nəzarətsiz yayılmasının daha ölümcül yeni mutasiyalara səbəb ola biləcəyi də vurğulanır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda azyaşlı bacıları avtomobil vurub

SONRAKI XƏBƏR

Fransada 400-dək uşaq zəhərlənib