Şəhid Xudayarın adından saxta "Tik-Tok" açıb görün nə etdilər... - FOTO

"Oğlumun adından "Tik-Tok" səhifələri açırlar, izləyici yığdıqdan sonra həmin səhifələrin adını dəyişib satırlar. Bu hal mənə çox pis təsir edir. Xahiş edirəm belə dələduzlara qarşı tədbir görülsün".

Press.az xəbər verir ki, bu sözləri Bizim.Media-nın Qarabağ bürosuna Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bildirib.

O qeyd edib ki, dəfələrlə oğlunun adına "Instagram" və "Tik-Tok" səhifələri yaradılıb.

"Hazırda həmin səhifələrin bir neçəsi mövcuddur. Onun bizim ailə ilə heç bir əlaqəsi yoxdur. Paylaşımlarda izləyici yığmaq üçün oğlumdan istifadə edilməsi əsəblərimə toxunur. Bu, yolverilməzdir", - deyə Radə Qurbanova bildirib.

Şəhid anası bu barədə hüquq mühafizə orqanlarına da şikayət edəcəyini bildirib.

Press.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağ atları və Gürcüstan - ARAŞDIRMA

SONRAKI XƏBƏR

Şabranda narkotacir saxlanılıb