Xaçmazda “TIR” kişini vuraraq öldürüb

Xaçmazda “TIR” kişini vuraraq öldürüb<span class="qirmizi"></span>

Xaçmaz rayonunda “TIR” piyadanı vuraraq öldürüb.

“Report”un Şimal bürosunun xəbərinə görə, hadisə Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yük avtomobili 1995-ci il təvəllüdlü Palçıqoba kənd sakini Muradov Şəmsəddin Çingiz oglunu vurub.

Ş. Muradov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az