Gürcüstanda qanuni oğruların “qoçu dəstəsi” saxlanıldı

Gürcüstan polisi kriminal aləmlə əlaqəli olan 9 nəfəri saxlayıb.

Bakupost.az xəbər verir ki, DİN və Baş Prokurorluğun birgə əməliyyatında iri şəhərlərdə 9 nəfər tutulub, daha 7 nəfər isə axtarışa verilib.

Saxlanılanlar vətəndaşlar arasında borc, maliyyə mübahisələrini zor gücü və öz metodları ilə həll edərək, müqabilində onlardan pul alırlarmış.

Onlar xaricdə olan qanuni oğruya tabedirlər.

İttiham sübuta yetirilərsə, onları 3 ildən 12 ilədək həbs cəzası gözləyir.

Aygün Musayeva

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Slovakiyanın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib

SONRAKI XƏBƏR

Hərbi ekspert : “Türkiyə NATO daxilindəki terror dəstəkçisi olan dövlətlərin oyuncağı deyil”