Şirvanda dəmir yolu stansiyası yaxınlığında kişi meyiti tapılıb

Şirvanda çöl ərazidə meyit tapılıb.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, səhər saatlarında Şirvan şəhərinin kənarında yerləşən dəmir yolu stansiyası yaxınlığında şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib. Vizual baxış zamanı onun gənc və ya yeniyetmə yaşında olduğu ehtimal olunur.

Hüquq-mühafizə orqanların tərəfindən gəncin hansı şəraitdə öldüyü və meyitin kimə məxsus olması barədə araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub - VİDEO

SONRAKI XƏBƏR

“PUTİN DAHA QALİB GƏLƏ BİLMƏZ” - Müharibənin növbəti mərhələsi üzrə 5 ssenari