Pakistanda eks-nazir polis tərəfindən saxlanıldı

Pakistanda eks-nazir polis tərəfindən saxlanıldı<span class="qirmizi"></span>

Pakistanın keçmiş insan haqları naziri Şirin Məzari saxlanılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qızı "Twitter"də məlumat verib.

Keçmiş baş nazir İmran Xanın dövründə çalışmış Şirin Məzari İslamabaddakı evinin yaxınlığında polis tərəfindən saxlanıb. O, torpağı mənimsəməkdə ittiham olunur.

Yerli medianın məlumatına görə Məzari həbs olunarkən polis tərəfindən şiddətə məruz qalıb.

Mənbə: www.unikal.org