Savaşdan qaçmışdılar: Ukraynalı ata iki azyaşlı uşağını öldürdü - FOTO

Savaşdan qaçmışdılar: Ukraynalı ata iki azyaşlı uşağını öldürdü - <span class="qirmizi">FOTO</span>

Ukraynadan Türkiyəyə gələn ailədə ata arvadını yaralayaraq, 6 və 4 yaşlı iki uşağını öldürüb.
Avropa.info xəbər verir ki, hadisə bu səhər Türkiyənin Antalya vilayətinin Alanya rayonunda oteldə baş verib.

Ukraynadan müharibədən qaçan O.N.(38) ilə həyat yoldaşı Y.N. arasında məskunlaşdıqları oteldə məlum olmayan səbəbdən mübahisə düşüb.

Böyüyən mübahisə zamanı O.N. bıçaqala arvadı Y.N. ilə qızı T.N.(6) və oğlu K.N.-ya (4) hücum edib. Hücum zamanı Y.N. qolundan yaralanıb, oğlu və qızı ölüb.

Y.N.-nin qonşu otaqda qalan valideynləri polisə xəbər verib.
Ünvana gələn polis qrupları O.N.-nin yaralı həyat yoldaşı və uşaqlarının cansız cəsədinin yanında oturmuş vəziyyətdə tapıblar. Övladlarını bıçaqlayan O.N. saxlanılıb.
Qolundan xəsarət alan Y.N. xəstəxanaya yerləşdirilib, uşaqların meyitləri ekspertiza üçün morqa aparılıb.

Mənbə: avropa.info