Bu ölkəyə hücum: 11 ölü, 20 yaralı

Bu ölkəyə hücum: 11 ölü, 20 yaralı<span class="qirmizi"></span>

Burkina-Fasonun Kompienqa əyalətinin Madjoari rayonundakı hərbi bazaya hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə Burkina-Faso ordusu məlumat yayıb.

Bildirilib ki, hücum Kompienqa əyalətinin Madjoari rayonundakı hərbi bazaya edilib. Qarşıdurmalar zamanı 11 əsgər ölüb, 20 nəfər yaralanıb.

Qeyd edək ki, hücumun edildiyi ölkədə Əl-Qaidə terror təşkilatı aktiv fəaliyyət göstərir.

Mənbə: axar.az