Suraxanıda piyadanı avtomobil vurub

Suraxanıda piyadanı avtomobil vurub<span class="qirmizi"></span>

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1968-ci il təvəllüdlü İsmayılov Mahir İsrafil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az