Ukraynada 232 uşaq öldürülüb

Ukraynada 232 uşaq öldürülüb<span class="qirmizi"></span>

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan indiyədək 662-dən çox uşaq zərər çəkib. 232 azyaşlı ölüb, 430-dan çoxu yaralanıb.

"Unikal" bu barədə Ukrayna Baş Prokurorluğuna istinadən xəbər verir.

Bundan başqa, Ukraynanın yaşayış məntəqələrinin Rusiya tərəfindən kütləvi atəşə tutulması nəticəsində 1837 təhsil müəssisəsi zədələnib, onlardan 172-si tamamilə dağıdılıb.

Mənbə: www.unikal.org