Psixoloji problemli şəxs mağazaya oxla hücum edib 5 nəfəri öldürdü - FOTO

Psixoloji problemli şəxs mağazaya oxla hücum edib 5 nəfəri öldürdü - FOTO<span class="qirmizi"></span>

Norveçin Konqsberq şəhərində 13 oktyabr 2021-ci il tarixində mağazaya ox ilə hücum edilib.

Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı danimarkalı Espen Andersen Brateninin mağazaya hücumu nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hücumdan yarım saat sonra şübhəli şəxs saxlanılıb.

Bir neçə gün öncə həmin hadisə ilə bağlı məhkəmə keçirilib. Cinayətkar bütün ittihamları qəbul edib.

Məhkəmənin 1 ay davam edəcəyi bildirilir.

Qeyd edək ki, Brateninin psixoloji problemləri olduğu üçün onun psixoloji dispanserdə cəza çəkəcəyi təxmin edilir.

Məhkəmədə hücuma aid görüntülər izlənilib.

Həmin görüntüləri sizə təqdim edirik:
AYSEL QULİYEVA

 

 

Mənbə: sonxeber.az