Ananın edamından bir gün əvvəl İNANILMAZ HADİSƏ: İlk sözləri bu oldu

Hər şey gənc qadının 2 yaşlı qızının pilləkənlərdən yıxılması ilə başlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, edamından 24 saat əvvəl onun başına gələnlər bütün dünyanı ayağa qaldırıb.

Meksika əsilli amerikalı Melissa Lusionun həyatı 2007-ci ildə 2 yaşlı qızı Mariahın pilləkənlərdən yıxılması ilə alt-üst olub. Bu qəzadan sonra heç bir xüsusi problem gözlənilmirdi. Lakin bəxtsiz uşaq pilləkənlərdən yıxıldıqdan 2 gün sonra huşunu itirib. Uşağınvəziyyəti pisləşməyə başlayanda, anası Lusio çarəsiz halda 911-ə zəng edib. Təəssüf ki, balaca Mariahın bədəni onun başına gələnlərə dözə bilməyib və qısa müddət sonra ölüb. Əkiz körpələrə hamilə qalan Lusio yaşadıqlarından heç nə başa düşməmişdi. Çünki birdən hadisə yerinə polis gəlib və tibbi sənədlərə və yarılmalara baxmadan yaralanan uşağın öldürüldüyü, günahkarın isə ana Melissa Lusio olduğu üzə çıxıb. Lucio dörd əməliyyatçı tərəfindən saxlanılıb, ittiham irəli sürülüb və 6 saat dindirilib.

Əgər etiraf edərsə...

Lusionun zorakılıq üçün heç bir səbəbi yox idi. Buna baxmayaraq, polislər Lusionun şiddət göstərən cinayətkar olduğunu iddia ediblər. Polisin gördüyü işlər bununla məhdudlaşmayıb. Onlar deyiblər ki, əllərində bütün dəlillər var və Lusionu uşağın ölümünə görə məhkum etdirəcəklər. Lakin polislər bununla da kifayətlənməyib. Onlar Lusioya deyiblər ki, əgər etiraf etsə, onunla yaxşı rəftar olunacaq və cəzası yüngülləşdiriləcək.

Onlar həmçinin stressini maksimum dərəcədə artırmaq üçün hazırlanmış bir sıra taktikalardan istifadə edərək ona qışqırıblar. Onlar nə baş verdiyini dəqiq bildiklərini bildiriblər və guya onun günahına dair sübut varmış kimi davranıblar.

“Uşağınızın dəfnində iştirak edə bilməyəcəksinizsə, təəccüblənməyəcəyik” deyiblər və Lusionu yenicə itirdiyi yaralı uşağın şəkillərinə baxmağa məcbur ediblər və onu gizli şəkildə hədələyiblər.

“Bu mənim günahım ola bilər”

Nəhayət, bu proses polisin uğuru ilə nəticələnib. Uşağına yüz dəfəyə yaxın xətər yetirmədiyini deyən ana dözməyərək “Mənim günahım ola bilər, deyəsən Mariahı mən öldürmüşəm” deyib.

Əslində demək istədiyi o idi ki, qızının pilləkənlərdən yıxılmasının qarşısını ala bilməyib. Bununla belə, Melissa Lusionun taleyini dəyişdirən “Düşünürəm ki, mən etdim” cümləsi olub.

Məhkəmə bu ifadəni etiraf kimi qəbul edib. Məhkəmə Lusionu günahkar bilib və onun edam edilməsinə qərar verib.

Melisanın övladları bildiriblər ki, bacıları Mariah ölməzdən iki gün əvvəl evin bağ pilləkənlərindən yıxılıb və xəsarətlər bu səbəbdən baş verib. Həmin vaxt Melisa ana uşaqlarının məktəbə getməsinə hazırlaşıb. Övladları analarının günahsız, heç vaxt zorakılıq etmədiklərini və yaxşı ana olduqlarını söyləyiblər. Amma nə desələr də, məhkəmə razı olmayıb.

Mariahın uzun müddətdir yerimə problemi olması və tez-tez yıxılaraq xəsarət alması da məhkəmədə nəzərə alınmayıb. Məhkəmə eksperti həkim Norma Farley də yarılma nəticələrini açıqlayarkən bildirib ki, balaca Mariahın bədənində tapılan xəsarətlər cinayət nəticəsində ola bilər.

Məhkəmə-tibbi ekspertizanın rəyini araşdıran ekspertlər, işdən asılı olmayaraq, uşağın qanında laxtalanma ilə bağlı xəstəlik olduğunu və tapılan sıx qançırların səbəbinin də bu olduğunu açıq şəkildə bildirirlər. Uşağın üzərində diş izlərinin olması iddiası da təkzib edilib. Amma kimin nə deməsindən asılı olmayaraq, məhkəmə heyəti heç bir sübutu ciddi qəbul etməyib. Sanki hamı Melissa Lusionun ölməsini gözləyirmiş kimiydi. Günahsız ananın ölüm hökmü hər kəsi dəhşətə gətirib. Əslində övladlarının ifadələri və sübutları ananın günahsız olduğunu göstərirdi.

Edamına bir gün qalanda nələr oldu?

Bütün bu səylərə baxmayaraq, Melissa Lusio 15 il edamını gözləyib. Məşhur olan və olmayan bir çox insan məhkəməyə Lusionun günahsız olduğunu iddia edib. Hətta realiti-şou ulduzu Kim Kardaşyan da başladılan kampaniyaya dəstək verib.

Yeni sübutlar təqdim edilib. Hətta Lusio haqqında sənədli film də çəkilib. Bəzi hakimlər 15 il ərzində verdikləri qərardan təəssüfləndiklərini bildiriblər.

Melisanın vəkilləri də onun edamına günlər qalmış məhkəməyə daha bir apellyasiya şikayəti veriblər. Bütün bu səylərin sonunda düz 15 il sonra bir möcüzə baş verib. Texas Apellyasiya Məhkəməsi ana Melissa Lusionun edamını onun edamından cəmi bir gün əvvəl təxirə salıb.

Edamından bir gün əvvəl möcüzə yaşayan Lusionun ilk sözləri belə olub: “Mənə yaşamaq və günahsızlığımı sübut etmək şansı verən məhkəməyə təşəkkür edirəm. Qızım Mariah həmişə ürəyimdə yaşayır. İndi övladlarıma ana, nəvələrimə nənə olmağa daha çox vaxtım var, çox xoşbəxtəm. Mənə dua edən, dəstək olan hər kəsə təşəkkür edirəm”.

İndi məhkəmə apellyasiya şikayəti üzrə işi aşağı instansiya məhkəməsinə göndərəcək və cinayət işindəki və sonradan üzə çıxan sübutlar bir daha yoxlanılacaq. Bütün dünya Melissa Lusionun taleyi ilə maraqlanır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan Brüsselə yeni "əsas"la gedir: Əliyev son dəfə şans verir

SONRAKI XƏBƏR

Nikoloz Samxaradze: “Parlamentlərin dostluq qrupları əlaqələrin inkişafında xüsusi rol oynayır”