Universitetin prorektoru uşaqlarını öldürdü, arvadı...

Türkiyənin Alaniya şəhərində, Xarkov şəhər Şurasının keçmiş deputatı, Karazin adına Xarkov Milli Universitetinin elmi işlər üzrə prorektoru Aleksey Navrotski azyaşlı övladlarını - 4 yaşlı oğlu və 6 yaşlı qızını öldürüb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, şübhəlinin həyat yoldaşı vanna otağında gizlənə bilib.

Jurnalistlərin məlumatına görə, Ukraynadan olan ailə Alanyadakı apart-oteldə məskunlaşıbmış.

Ehtimallara görə, dünən səhər saatlarında ər-arvad arasında mübahisə düşüb, 38 yaşlı ukraynalı arvadına bıçaqla hücum edib, onu yaralayıb, uşaqlarını isə öldürüb. Qadın qaçaraq hamamda gizlənə bilib. Məlumata görə, zərərçəkənin qışqırıqlarını qonşu otaqda olan valideynləri eşidib və polisə müraciət edib.

Hadisə yerinə gələn həkimlər 4 yaşlı uşaq və onun 6 yaşlı bacısının öldüyünü bildiriblər. Şübhəli şəxs hadisə yerində yaxalanıb. Həyat yoldaşı Xarkovdan gəlib kirayədə qaldıqlarını, aşağı mərtəbədə qayınanası ilə, ərinin isə uşaqları ilə yuxarı mərtəbədə yaşadığını deyib.

Navrotskinin 37 yaşı var. Xarkov Milli Universitetini bank işi üzrə fərqlənmə diplomu ilə bitirib.
O, iki dəfə Xarkov rayon Sovetinə, 2015-ci ildə isə şəhər Sovetinə deputat seçilib. Müharibədən əvvəl o, Xarkov Milli Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb. Onun qətl zamanı öz hesabına məzuniyyətdə olduğu bildirilir.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

SONRAKI XƏBƏR

Ukrayna hərbçiləri Rusiya telekanallarına baxıb “Tulpan” minaatanını məhv etdi