Türkiyənin 2 bölgəsinə meşə yanğınları başlayıb

Türkiyənin 2 bölgəsinə meşə yanğınları başlayıb<span class="qirmizi"></span>

İzmirin Karaburun və Dikili rayonlarındakı meşələrdə yanğın baş verib.

"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, alovu görən insanların xəbərdarlığı nəticəsində əraziyə xeyli canlı qüvvə və texnika, eləcə də 1 yanğınsöndürmə vertolyotu göndərilib.

Digər yanğın isə Dikili rayonunda baş verib. Dikili Meşə Təsərrüfatı Əməliyyat Müdirliyi sərhədlərində, Madra bəndi yaxınlığındakı meşədə baş verən yanğına 10 çiləyici, 4 su tankeri, 1 ilk müdaxilə maşını və 1 yanğınsöndürmə vertolyotu göndərilib.

Alovu söndürmək hələ ki, mümkün olmayıb.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org