“Ölü” rus tankları Kiyevin mərkəzində - FOTO

“Ölü” rus tankları Kiyevin mərkəzində - FOTO<span class="qirmizi"></span>

 

Kiyevin Mixaylovskaya meydanında rus qoşunlarının xarab olan və yanan texnikasının sərgisi keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Ukrayna mətbuatında yer alıb.

Mənbə yazır ki, yanmış avtomobillər şahzadə Olqa, Kiril və Mefodiyanın abidələrinin yanına qoyulub. Həmin heykəllər atəş zamanı zədələnməmək üçün indi qum torbaları ilə örtülüb.

Texnikaların ekspozisiyası çox deyil. Yalnız üçü bura gətirilib. T-72B3 tankı bu kiçik ölü ordunun flaqmanıdır. Bir çox sovet tankları kimi, mərmi dəyən kimi sursatları partlayıb. Qülləsi isə partlayış nəticəsində gövdəsindən qopub, sadəcə tankın üzərinə düşüb.

Yaxınlıqda kiçik bir BMD-2 var. Hava-desant qoşunlarının istifadə etdiyi yüngül zirehli maşının harada vurulduğu məlum deyil. Partlayış nəticəsində BMD-2 də parça-parça olub, lakin qülləsi yerindən çıxmayıb, sanki dağıdılmış gövdəyə batıb.
Üçüncü eksponat zirehli elektron döyüş maşınıdır. O da tamamilə yanıb.

Bizim.Media















Mənbə: bizim.media