Səhiyyə Nazirliyi Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən şirkəti cərimələdi

“Buta Farm” MMC-nin barəsində cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Səhiyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edilib və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mirheydər Zeynalovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırlatma: Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu iddia edilir.

 

Kamal Məmmədov

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Şeyx: "Əxlaqsızlıq edənlər edam olunmalıdır, bunu rayondan, kənddən Bakıya qaçıb gələnlər edir"

SONRAKI XƏBƏR

Erməni ekspert: “Qərb Cənubi Qafqazda dominantlıq əldə etməyə çalışır”