Çində yaşayış məhəlləsində güclü partlayış olub

Çində yaşayış məhəlləsində güclü partlayış olub<span class="qirmizi"></span>

 

Pekin, 24 may, AZƏRTAC

Çinin Ciansu vilayətinin Çancou şəhərindəki yaşayış məhəllələrinin birində güclü partlayış baş verib.

AZƏRTAC yerli mənbələrə istinadla xəbər verir ki, axşam saatlarında baş verən partlayış nəticəsində bir neçə mənzil və mağaza dağılıb. Hazırda xilasedicilər ərazidə axtarış işləri aparırlar. Dağıntı altında insanların qalması ehtimalı böyükdür.

Hələlik partlayışın səbəbi bilinmir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az