Avtomobil dirəyə çırpıldı, sürücü öldü

Avtomobil dirəyə çırpıldı, sürücü öldü<span class="qirmizi"></span>

Sabirabadda baş verən qəzda 27 yaşlı sürücü ölüb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Sabirabad rayonunun Zəngənə kəndində qeydə alınıb.

Kəndin sakini, 1995-ci il təvəllüdlü Abasov Emin Nurəddin oğlu idarə etdiyi “Hyundai” markalı avtomobili eletrik dirəyinə çırpıb. Nəticədə sürcü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az