Qasırğa 12 nəfərin həyatına son qoydu

Qasırğa 12 nəfərin həyatına son qoydu<span class="qirmizi"></span>

Kanadanın Kvebek və Ontario əyalətlərində qasırğa dağıntı və tələfata səbəb olub.

Lent.az-ın xəbərinə görə, təbii fəlakət nəticəsində 12 nəfər həlak olub. Bir neçə adam isə xəsarət alıb. Həyatını itirənlərdən 11-nin üzərinə ağac aşıb, 1 nəfər isə qayığın çevrilməsi nəticəsində həyatını itirib. Güclü külək evlərin dam örtüyünü aşırıb, ağacları kökündən qoparıb. Əksər ərazilərdə elektrik və kommunikasiya xətləri sıradan çıxıb. 350 min çox sakin işiqsız qalıb.

Mənbə: lent.az