Kasıb məhəllədə keçirilən əməliyyatda 21 nəfər öldürüldü

Kasıb məhəllədə keçirilən əməliyyatda 21 nəfər öldürüldü<span class="qirmizi"></span>

Braziliya polisi Rio-de-Janeyronun kasıb məhəllələrində əməliyyat keçirib.

Lent.az-ın xəbərinə görə, ordu ilə birgə keçirilən əməliyyatda məqsəd cinayətkar şəbəkə başçılarından birinin həbsidir. Əməliyyat zamanı cinayətkar qruplaşma üzvü olan 20 nəfər zərərsizləşdirilib.

Yerli medianın xəbərinə görə, hadisə nəticəsində 1 qadın təsadüfən öldürülüb, daha 5 sakin yaralanıb.

Mənbə: lent.az