İzmirdə dəniz sahili getmək istəyən balaca qız tramvayın altına düşüb - VİDEO

İzmirdə dəniz sahili getmək istəyən balaca qız tramvayın altına düşüb - VİDEO<span class="qirmizi"></span>

İzmirin Konak rayonunda yolu keçərək dəniz sahilinə getmək istəyən 12 yaşlı qız tramvayın altında qalıb.

Qəza axşam saatlarında Mustafa Kamal Sahil Bulvarı Güzelyalı mövqeyində meydana gəlib.

İddiaya görə, rəfiqəsi ilə sahilə getmək istəyən qız avtomobillərin arasından qaçaraq yolu keçmək istəyərkən onu Karataşdan Konak istiqamətinə hərəkət edən tramvay vurub. Qız zərbənin təsirindən kənara yıxılıb.

Ətrafdakı vətəndaşlar və sürücülər uşağın köməyinə qaçıblar. İzmir Katip Çələbi Universiteti Atatürk Tədris və Araşdırma Xəstəxanasına aparılan qız daha sonra İzmir Dokuz Eylül Universiteti Xəstəxanasına köçürülüb. Bədənində əziklər və sınıqlar olan kiçik qızın həyati təhlükəsinin davam etdiyi bildirilib.

Hadisə ilə bağlı istintaqın davam etdiyi deyilir.

Mənbə: Haber Global

Mənbə: www.oxu.az